18 oktyabr 2023-cü il tarixində ASAN İntellektual İnkişaf Mərkəzində Masallı Dövlət Regional Kollecinin,
“Masallı Gənclər Evi” SXM-nin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin III ildönümü münasibətilə “Zəfər qələbəmiz şanlı tariximizdir” mövzusunda gənclər arasında “Breyn rinq” intellektual bilik yarışı keçirilib.
Maraqlı mübarizə şəraitdə keçən bilik mübarizəsində I yerə “ASAN” xidmət komandası, II yerə “İstiqlaliyyət” komandası, III yerə isə “Dəfinə” komandası layiq görülüblər.
Yarışda qalib gəlmiş komandalar
diplom və fəxri fərmanlarla təltif olunub.