Mühasibatlıq

Şahverdiyev Həşim Sərraf oğlu

Şahverdiyev Həşim Sərraf oğlu

Baş mühasib

Şahverdiyev Həşim Sərraf oğlu 1962-ci ildə Masallı şəhərinin Musakücə kəndində anadan olmuşdur.

1969-cu ildə Musakücə kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir. Elə həmin il D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumi iqtisad fakültəsinə qəbul olmuş, 1984-cü ildə ali təhsilini başa vurmuşdur.

Əmək fəaliyyətinə 1984-cü ildə Masallı Meşə Təsərrüfatı İdarəsində baş mühasib vəzifəsində başlamışdır. Daha sonra hərbi xidmətə çağırılmış, 1986-cı ildə hərbi xidmətdən tərxis olunmuşdur.

1986–1996-cı illərdə SMD-14 təşkilatında baş mühasib vəzifəsində çalışmışdır. 1996–2000-ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində ixtisası üzrə əmək fəaliyyətini davam etdirmişdir.

2000–2012-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2012–2014-cü illərdə Masallı Mərkəzi Poçtunda şöbə müdiri vəzifəsində çalışmışdır.

2014-cü ildən etibarən Masallı Dövlət Regional Kollecində baş mühasib vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.