Şöbələr
Məmmədova Günay Binnət qızı
Məktəbəqədər və turizm şöbəsinin müdiri
Məmmədova Günay Binnət qızı 25 oktyabr 1977-ci ildə Bərdə şəhərində anadan olmuşdur.
1994-cü ildə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir.
1998-ci ildə M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecində ixtisası üzrə müəllim kimi fəaliyyətə başlamışdır.
2016-cı ildən Masallı Dövlət Regional Kollecində müəllim vəzifəsində çalışmış, 2018-ci ildən isə istehsalat təcrübə rəhbəri vəzifəsini icra etmişdir.
2020-ci ildən etibarən Masallı Dövlət Regional Kollecinin Məktəbəqədər və turizm şöbəsinin müdiri vəzifəsində çalışır.
Nəsirov Azər Natiq oğlu
Aqrar şöbəsinin müdiri
Nəsirov Azər Natiq oğlu 04 oktyabr 1996-cı ildə Masallı rayonu Xıl kəndində anadan olmuşdur.
2013–2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Qida məhsulları mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır.
2017–2019-cu illərdə Azərbaycan Kooperasiya Universitetində İstehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə magistratura təhsilini tamamlamışdır.
Əmək fəaliyyətinə 2020-ci ildə Lənkəran Dövlət Universitetində ixtisası üzrə tam ştat müəllim kimi başlamışdır.
2023-cü ildən Masallı Dövlət Regional Kollecində müəllim kimi fəaliyyət göstərmişdir.
2025-ci ildən etibarən Masallı Dövlət Regional Kollecində Aqrar şöbənin müdiri vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İki övladı var.
Mdrk.Az