17 oktyabr – Füzuli şəhəri günüdür
17 oktyabr – Füzuli şəhəri günüdür.
Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “17 oktyabr – Füzuli şəhəri günü” elan edilib.
Bu gün Masallı Dövlət Regional Kollecində "17 oktyabr Füzuli şəhəri günü"mövzusunda tədbir keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk sözü kollecin direktoru Vidadi Nəzərov açaraq qeyd etdi ki,bu gün qürur və fəxarət hissi ilə deyə bilərik ki, əsgər və zabitlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində Füzuli azaddır, Füzuli şəhərində və yenicə işğaldan azad edilmiş bütün doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq!
Çıxış edən N.Ağayev, D.Hüseynova, N.Əliyev,L.Ağakişibəyli növzu ətrafında ətraflı danışdılar.
Sonda tələbələrin təqdimatında şeir parşaları təqdim edildi.
Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik.