Direktor

Qurbanov Rövşən Yusif oğlu

Qurbanov Rövşən Yusif oğlu

Direktor

Qurbanov Rövşən Yusif oğlu 1 sentyabr 1978-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində ziyalı ailəsində anadan olmuşdur.

1997–1999-cu illərdə Azərbaycan Milli Ordusunun sıralarında həqiqi hərbi xidmət keçmişdir.

2001-ci ildə Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olmuş, bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə Lənkəran Dövlət Universitetinin dilşünaslıq istiqaməti üzrə magistratura şöbəsinə qəbul olunmuş, daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının dissertantura şöbəsində elmi fəaliyyətini davam etdirmişdir. 2024-cü ildə “Azərbaycan dilinin Masallı rayonu şivələri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Otuzdan çox elmi məqalənin müəllifidir. Elmi məqalələri Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir.

Müəllimlik fəaliyyətinə 2003-cü ildə Masallı rayonunun Təzə Alvadı kənd 2 saylı orta məktəbində başlamışdır.

2010-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında, 2015-ci ildən isə Masallı Dövlət Regional Kollecində müəllim kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 11 mart 2025-ci il tarixli əmrinə əsasən Masallı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə təyin edilmişdir.