Mülki Müdafiə Qərargahı
Əsədli Əsəd Tofiq oğlu
Mülki Müdafiə qərargahının rəisi
Əsədli Əsəd Tofiq oğlu 16 sentyabr 1989-cu ildə Masallı şəhərində anadan olmuşdur.
1995–2007-ci illərdə Masallı şəhər 3 saylı orta məktəbdə təhsil almışdır.
2007-ci ildə Azərbaycan Texniki Universitetinin Elektrotexnika və Energetika fakültəsinə qəbul olmuş, 2011-ci ildə İstilik energetikası ixtisası üzrə mühəndis-mexanik dərəcəsi alaraq ali təhsilini başa vurmuşdur.
Əmək fəaliyyətinə 2012–2013-cü illərdə Masallı Kənd Könüllü Həmkarlar-Kooperativ İdman Cəmiyyətində operator vəzifəsində başlamışdır. 2013–2020-ci illərdə “PASHA INSHAAT SECURITY SERVICES” şirkətində təhlükəsizlik sahəsində çalışmış, patrul xidməti və obyektlərin mühafizəsi üzrə geniş praktiki təcrübə qazanmışdır. Bu fəaliyyət dövrü onun Mülki Müdafiə qərargahında fövqəladə hallara hazırlıq və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi sahəsində bacarıqlarını təkmilləşdirmişdir.
2021-ci ildən etibarən Masallı Dövlət Regional Kollecində Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, bir övladı var.
Mdrk.Az