Direktor Müavinləri
Yusifov Asim Qurbanəli oğlu
Tədris işləri üzrə direktor müavini
Yusifov Asim Qurbanəli oğlu 01 oktyabr 1992-ci ildə Astara şəhərində anadan olmuşdur.
Asim Yusifov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində “İqtisadiyyat” ixtisası üzrə, magistratura təhsilini isə Türkiyənin Karabük Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə almışdır.
Müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin direktoru vəzifəsində, həmçinin Astara Pedaqoji Kollecində və Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi çalışmışdır.
Asim Yusifov 2019-2021-ci illər arasında "Gənclərin Sosial İnkişafına Dəstək" İB-nin sədr müavini, 2018-ci ildən isə Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyinin koordinatoru kimi fəaliyyət göstərir.
Fəaliyyəti dövründə gənclər sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışaraq gənclərin və tələbələrin şəxsi inkişafı, karyera planlaması, sosial fəallığının artırılması və cəmiyyətə inteqrasiyası istiqamətində çoxsaylı layihə və təşəbbüslərin həyata keçirilməsinə töhfə vermişdir. O, gənclərin potensialının üzə çıxarılması, liderlik bacarıqlarının formalaşdırılması və peşə yönümlü inkişafına daim dəstək göstərmişdir.
24 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmri ilə Masallı Dövlət Regional Kollecinin Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İngilis və Türk dillərini bilir.
Subaydır.
Hüseynova Dilarə Məmməd qızı
Tərbiyə işləri üzrə direktor müavini
Hüseynova Dilarə Məmməd qızı 02 avqust 1981-ci ildə Masallı rayonunda anadan olmuşdur..
1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuş və 2003-cü ildə həmin universiteti bakalavr dərəcəsi ilə bitirmişdir..
2014-cü ildə Masallı Dövlət Regional Kollecində təcrübə rəhbəri, 2018-ci ildə kollecin şöbə müdiri, 2020-ci ildən isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır..
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mdrk.Az