Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri
Ağayeva Xanım Yusif qızı
Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri
Ağayeva Xanım Yusif qızı 1964-cü ildə Masallı rayonunda anadan olmuşdur.
1971-ci ildə S. M. Kirov adına Masallı şəhər 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuşdur.
Əmək fəaliyyətinə 01 aprel 1982-ci il tarixindən etibarən həmin məktəbdə kitabxana müdiri vəzifəsində başlamışdır.
1986-cı ildə V. İ. Lenin adına Pedaqoji İnstitutun Coğrafiya fakültəsinə daxil olmuş, 1990-cı ildə ali təhsilini uğurla başa vurmuşdur.
01 sentyabr 1988-ci il tarixindən S. M. Kirov adına Masallı şəhər 1 nömrəli orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir.
2016-cı ildən etibarən ikinci iş yeri olaraq Masallı Dövlət Regional Kollecində coğrafiya müəllimi vəzifəsində çalışmışdır.
02 aprel 2018-ci il tarixindən 01 may 2019-cu il tarixinədək Masallı Dövlət Regional Kollecində Tədris işləri üzrə direktor müavini vəzifəsini icra etmişdir.
18 iyun 2019-cu il tarixinədək Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.
21 oktyabr 2019-cu il tarixindən etibarən hal-hazıradək Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.
Mdrk.Az