![]()
28 aprel 2026-cı il tarixində Masallı şəhəri “Karal Otel”in inzibati binasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən növbəti Əmək yarmarkası təşkil olunmuşdur.
Tədbir regionda məşğulluğun artırılması, iş axtaran vətəndaşların işlə təmin olunmasına dəstək göstərilməsi məqsədi daşımışdır.
Əmək yarmarkasında müxtəlif fəaliyyət sahələrini təmsil edən 15 işəgötürən iştirak etmiş və ümumilikdə 104 vakant iş yeri təqdim olunmuşdur. Təklif edilən vakansiyalar xidmət, ticarət, istehsalat, tikinti və digər sahələri əhatə etmiş, müxtəlif ixtisas və peşələr üzrə iş imkanları yaradılmışdır.
Masallı Dövlət Regional Kollecinin sonuncu kurs tələbələridə yarmarkada iştirak etmişdir.