Masallı Dövlət Regional Kollecində Pedaqoji Şuranın növbəti iclası keçirildi.

13 fevral 2026-cı il tarixində Masallı Dövlət Regional Kollecində Pedaqoji Şuranın növbəti iclası keçirildi.
Pedaqoji Şuranın sədri, Kollecin direktoru Rövşən Qurbanov iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırdı.
Pedaqoji Şurada “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” haqqında tədris işləri üzrə direktor müavini Asim Yusifov çıxış edərək statistik göstəricilərə əsaslanaraq ixtisaslar üzrə nəticələrin artım və azalma tendensiyalarını təhlil etmiş və cari semestrin keyfiyyət göstəricilərini açıqlamışdır. 2025/2026-cı tədris ilinin yaz semestrinə hazırlıq çərçivəsində tədris prosesinin təşkili ilə bağlı bütün zəruri sənədləşmə işləri aparılmış, sillabuslar yenilənmiş, müəllimlərin iş planları təsdiq edilmişdir.
“Pedaqoji Şurada qəbul edilmiş qərarların icrası” haqqında Pedaqoji Şuranın katibi Nazim Əliyev çıxış edərək qəbul edilmiş qərarların icrasından və görülmüş işlərdən bəhs etdi.
Pedaqoji Şuranın iclasında bir sıra cari məsələlər müzakirə olunaraq Şuraya yekun vuruldu.

Mdrk.Az