![]()
Masallı Dövlət Regional Kollecinin rəhbərliyi və müəllim heyəti “Qəhrəmanlar Parkı – Şəhidlər Abidə Kompleksi” önündə 20 Yanvar faciəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad etmişdir. Abidə önünə gül dəstələri qoyulmuş, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.