![]()
Masallı Dövlət Regional Kollecində 2025/2026-cı tədris ili üçün “İstehsalat” təcrübəsinin konfransı keçirldi.
Konfransda çıxış edən kollecin tədris işləri üzrə direktor müavini Asim Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova və İstehsalat təcrübə rəhbəri Günay Qadiyeva çıxış edərək təcrübənin məqsəd və vəzifələrindən, təşkilati məsələlərdən, tələbələrin müəssisələrdə davranış qaydalarından, hesabatların hazırlanma qaydasından, istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsindən, qiymətləndirmə meyarından bəhs edərək bildirdilər ki, 16 fevral 2026-cı il tarixindən 03 iyul 2026-cı il tarixinədək, 9 ixtisas üzrə 14 qrup olaraq 240 tələbə “İstehsalat” təcrübəsində iştirak edəcək.
Məlumat üçün bildirək ki, təcrübənin daha effektiv və mütəşəkkil təşkilindən ötrü 17 müəssisə və təşkilatlarla müqavilə bağlanmışdır.
#EATDA #ElmvəTəhsilNazirliyi