Masallı Dövlət Regional Kollecində payız smestrinin imtahan sessiyası davam edir.

Hazırda kollecimizdə payız semestrinin imtahan sessiyası təsdiq olunmuş qrafikə uyğun olaraq mütəşəkkil şəkildə davam etdirilir. İmtahanların keçirilməsi zamanı mövcud normativ-hüquqi aktlara, eləcə də akademik dürüstlük və şəffaflıq prinsiplərinə ciddi riayət olunur.Tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə imtahan prosesinin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb. İmtahanların şəffaf və ədalətli keçirilməsini təmin etmək üçün nəzarət mexanizmləri gücləndirilib, proses məsul şəxslər tərəfindən mütəmadi olaraq izlənilir.
Kredit sistemi tələblərinə uyğun olaraq imtahan cavablarının kodlaşdırılması müvafiq kodlaşdırma otağında həyata keçirilir, yoxlama prosesi isə xüsusi ayrılmış imtahan yoxlama otağında aparılır.Apelyasiya mərhələsində tələbələrin müraciətləri müəyyən olunmuş qaydalara uyğun olaraq apelyasiya otağında əyani şəkildə qəbul edilir və araşdırılır.
İmtahan sessiyası müddətində yarana biləcək texniki və təşkilati məsələlər çevik şəkildə həll olunur. Ümumilikdə imtahan sessiyasının gedişi Elm və Təhsil Nazirliyinin müvafiq təlimat və göstərişlərinə tam uyğun şəkildə təşkil edilir və prosesin uğurla başa çatdırılması gözlənilir.



Mdrk.Az