Masallı Dövlət Regional Kollecinin tələbəsi Əmənova Məleykə Lənkəran Humanitar Kollecində keçirilən Müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı Respublika ifa müsabiqəsinin zona mərhələsində şeir nominasiyası üzrə I yerə layiq görülmüşdür. Müsabiqədə münsiflər heyətində Elm və Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şöbə müdirləri Sevda Quliyeva və Leyla Nəsirova, dərnək rəhbəri Ceyhun Qənbərov iştirak etdilər.
Qalibi təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq.