Masallı Dövlət Regional Kollecində "1 mart Ümumdünya Mülki Müdafiə günü" ilə əlaqədar tədbir keçirildi
Bu gün Masallı Dövlət Regional Kollecində "1 mart Ümumdünya Mülki Müdafiə günü" ilə əlaqədar tədbir keçirildi.
Tədbiri kollecin tədris işləri üzrə direktor müavini Namik Ağayev açdı.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mülki müdafiə əhəmiyyəti,fövqaladə hallara qarşı necə hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verdi.
Daha sonra Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini mayor Nəsimi Əliyev çıxış edərək Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu,qəzaların və təbii fəlakətlərin, fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, mühavizə üsul və qaydaların öyrənilməsi,hadisələrə çevik və operativ reaksiya verilməsi qaydaları haqqında geniş və ətraflı məlumat verdi.
Sonra mövzu ətrafında Dilarə Hüseynova,Nazim Əliyev,Natiq Vəlişov və Masallı Dövlət Regional Kollecinin Mülkü Müdafiə Qərərgahının rəisi Əsəd Əsədli çıxış etdilər.
Sonda xatirə şəkli çəkilib.