Mart hadisələrində Bakı şəhəri və Bakı quberniyasının müxtəlif bölgələrində,eləcə də Şamaxı, Quba,Xaçmaz,Lənkəran, Hacıqabul, Salyan, Zərgəzur,Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Saveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğında minlərlə azərbaycanlı qətlə yetirildı.
Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə heyəti 31 mart soyqırımı qurbanlarının xatirəsini daima dərin hörmət və ehtiramla yad edir.
Sizi maraqlandıran suallara bizimlə cavab tapın. İş saatları həftə içi hər gün: 09:00-18:00