Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili"mövzusunda tədbir keçirilmişdir
20 aprel tarixində Masallı Dövlət Regional Kollecində "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili"mövzusunda tədbir keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri kollecin tədris işləri üzrə direktor müavini Namiq Ağayev açaraq fövqəladə hallar zamanı baş verən hadisələrdə əhalinin hazırlanmağından,fövqəladə hadisələr və onların aradan qaldırılmasından,Mülki Müdafiyə mövzusunda maarifləndirmə işlərinin geniş şəkildə aparılmasının zəruriliyindən danışdı.
Daha sonra FHN-cənub Regional Mərkəzinin Mülki Müdafiyə hazırlıq şöbəsinin operativ reaksiya vermə, əməliyyat-planlaşdırma İdarəsinin rəisi polkovnik-leytenant Ramin Rzayev çıxış edərək Azərbaycan Respublikası FHN-nin strukturu və fəaliyyət istiqamətləri,Mülki Müdafiyənin məqsəd, vəzifələri və təşkil etmə prinsipləri haqqında məlumat verdi.
Sonra FHN-cənub Regional Mərkəzinin Mülki Müdafiyə İdarəsinin Tədbirlərinin Planlaşdılırması şöbəsinin rəisi kapitan Mirabbas Rzayev çıxış edərək əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili qaydaları haqqında danışdı.
Çıxış edən FHN-cənub Regional Mərkəzinin Mülki Müdafiyə İdarəsinin Mülki Müdafiyə hazırlıq şöbəsinin rəisi mayor Elçin Mustafayev zəlzələ, zəlzələnin fəsadları və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə geniş məlumat verdi.
Çıxış edən FHN-cənub Regional Mərkəzinin Mülki Müdafiyə İdarəsinin Mülki Müdafiyə hazırlıq şöbəsinin baş zabiti kapitan Mirxəzər Hüseynov siqnallar və siqnallar üzrə fəaliyyət qaydaları barədə danışdı.
Tələbələrin çoxsaylı sualları cavablandırıldı.