04 aprel tarixində Masallı Dövlət Regional Kollecində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Tələbə Təhsil Fondunun əməkdaşı Günay Xəlilovanın iştirakı ilə tədbir keçirilmişdir.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Günay Xəlilova Tələbə Təhsil Krediti Fondunun vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələblər,təhsil tələbə kreditinin verilmə proseduru, təhsil tələbə krediti üzrə hüquqların əldə olunması və kreditinin qaytarılması, habelə təhsil tələbə kreditinin verilməsi ilə bağlı digər məlumatlar verdi.
Tələbəri maraqlandıran suallar cavablandırıldı.