![]()
Masallı Regional Kollecinin direktoru Rövşən Qurbanov başda olmaqla, müəllim kollektivi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə, Xankəndi şəhərinə və Qarabağ Universitetinə səfər etmişlər. Tarixi və mənəvi əhəmiyyət daşıyan bu səfər zamanı müəllimlər şəhərlərin tarixi abidələri, görməli məkanları ilə yaxından tanış olmuşlar. Qarabağın əsrarəngiz təbiəti və yenidənqurma işləri dərin təəssürat yaratmış, böyük qürur hissi yaşatmışdır.