30 noyabr tarixində Masallı Dövlət Regional Kolleci və Masallıda Qadınların Sosial İnkişafina Dəstək İctimayi Birliyinin birgə təşkilatçılığı ilə "Gender əsaslı zorakılıqla mübarizə "mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Nümayəndəliyinin rəhbər əvəzi Mariya Aleksandra, Masallı rayon İcra Hakimiyyəti nümayəndəsi Aybəniz Novruzova,psixoloq Fəridə Quluzadə,hüquqşünas Nərmin Məmmədova çıxış edərək qadın və kişi hüquqlarının müdafiəsindən,məişət zorakılığı ilə mübarizədən, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələrin həyata keçirilməsindən ətraflı danışdılar.
Kollec tələbələrinin təqdimatında kompozisiya nümayiş olundu.