8 Noyabr-Zəfər Gününə həsr olunan "Ziyarətinə gəlmişəm Şuşa" adlı tamaşa-kompozisiya nümayiş etdirilmışdır.
Noyabrın 3-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin,Masallı Xalq Teatrının aktyorlarının iştirakı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunan "Ziyarətinə gəlmişəm Şuşa" adlı tamaşa-kompozisiya nümayiş etdirilmışdır.
Tədbirdə Şəhid ailələri, qazilər,rayon ictimaiyyəti nümayəndələri iştirak edirdi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk sözü şəhidlər anası Ziba ana açaraq Vətən savaşında Azərbaycan xalqını bir yumruq altında birləşməsindən,Azərbaycanın qeyrətli oğulların misli görünməmiş qəhrəmanlıq salnaməsindən qürurla danışdı.
Daha sonra kollecin müəllimi Kəmalə İmanova 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunan torpaqlarımızın çiçəklənməsi və suverenliyimizin bərpası ilə bağlı məzurə etdi.
Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin,Masallı Xalq Teatrının aktyorlarının iştirakı ilə "Ziyarətinə gəlmişəm Şuşa "adlı tamaşa-kompozisiya nümayiş etdirildi.
Sonda tələbələr Fəxri fərmanlarla təltif olundu.