2023-cü ilin "Heydər Əliyev” ili elan edilib
Masallı Dövlət Regional Kollecinin və Tarix- Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin "Heydər Əliyev” ili elan edilməsi ilə əlaqədar olaraq “Gənclərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi.
İlk öncə Ümummili lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva ümummilli lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” ifadəsini əsas tutaraq Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən geniş danışdı. O, qeyd etdi ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı həlli istiqamətində görülən işlərin təməli məhz Heydər Əliyevin zamanından onun dahi şəxsiyyət olaraq uzaq görənliyinin nəticəsində böyük inkişafa istiqamətlənmişdir.
Tədbir iştirakçıları Heydər Əliyevin ömür yoluna həsr olunmuş “Səlnamə” sənədli filminə baxdıqdan sonra muzeyə ekskursiya etdilər.