Heydər Əliyev və tariximiz
13 fevral tarixində Masallı Dövlət Regional Kollecində kollecin tarix müəllimi Məmmədəliyeva Lətifə İsaq qızının təqdimatında tələbələrlə "Heydər Əliyev və tariximiz"mövzusunda seminar-məşqələ təşkil edildi.
Seminarda Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yeri,Azərbaycan Respublikası adını daşıyan müstəqil dövlətin yaranmasından tutmuş,indiki heyrətamiz inkişaf dinamikasına qədər özündə milli dirçəlişi əks etdirən unikal tarixi ,sosial-iqtisadi və milli-mənəvi hadisələrdə bilavasitə əlaqədar olması,misilsiz xidmətləri barəsində məlumat verildi.