İnsan və vətəndaş hüquqları
13 iyun 2023-cü il tarixində Masallı Dövlət Regional Kollecinin bir qrup müəllim və tələbə heyəti ilə birlikdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)tərəfindən elan edilmiş və ölkəmizdə hər il qeyd olunan 18 may-18 iyun " İnsan Hüquqları Aylığı” çərçivəsində Masallı Dövlət Regional Kolleci,rayon Heydər Əliyev Mərkəzi və Masallı Qadın Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir keçirildi.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova iştirakçılara mövzu haqqında ətraflı məlumat verib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışıb.
Sonra Masallı Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlərin ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisi olduğunu qeyd edib.
Tədbir diskussiya şəklində davam edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.