4 oktyabr Cəbrayılın işğaldan azad olunduğu gündür
Bugün Masallı Dövlət Regional Kollecində Möhtərəm Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədi ilə 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən
"4 oktyabr-Cəbrayıl şəhəri günü" münasibətilə ilə tədbir keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kollecin direktoru Vidadi Nəzərov çıxışında şəhidlərin, hərbiçilərin,igidlərin qəhrəmanlığı nəticəsində Cəbrayıl rayonun düşməndən azad edilməsindən və bugün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanmasından danışdı.
Kollecin direktor müavinləri N.Ağayev,D.Hüseynova və kollecin müəllimi K.İmanova "Azad Cəbrayıl və Azad torpaqlarımız" mövzusunda ətraflı danışdılar.
Sonda tələbələrin təqdimatında kompazisiya nümayiş olundu.