Aprelin 8-də Masallı Masallı Dövlət Regional Kolleci və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən qorunması və ailədaxili zorakılığın qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirildi.
Masallı Gənclər Evində keçirilən tədbirdə təşkilatçı müəssisələrin nümayəndələri, rayon prokurorunun və polis şöbəsinin əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kollecin tədris işləri üzrə direktor müavini Asim Yusifov və Masallı rayon Tarix Diyarşünaskıq Muzeyinin direktoru bu gün gənclərin sağlam həyat tərzinin formalaşdırılmasının vacibliyindən bəhs edib, zərərli vərdişlərin cəmiyyətə mənfi təsirləri, bu mövzuda gənclərin maarifləndirilməsinin əhəmiyyətindən danışdılar.
Masallı rayon prokurorunun köməkçisi,III dərəcəli hüquqşünas Şəbnəm Dəmirli tədbirdə "Ailədaxili zorakılığın qarşısının alınması" və Masallı rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə inspektoru, polis kapitanı Samid Əliyev isə hüquqi maarifləndirmənin vacibliyini qeyd edərək, zərərli vərdişlərin və ailədaxili zorakılığın qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışdılar. Yeniyetmələrin hüquqlarının qorunması, onların zərərli təsirlərdən uzaq tutulması və profilaktik tədbirlərin rolu barədə məlumat verdilər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
![]()