Bəşəriyyətin faciəsi -Ağ ölümələ-birlikdə mübarizə
Aprelin 22-də Masallı Dövlət Regional Kollecinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər, yaranan fəsadlar, zərərli vərdişlərin qarşısının alınması mövzusunda “Bəşəriyyətin faciəsi -Ağ ölümələ-birlikdə mübarizə” adlı maarifləndirici tədbir keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.
İlk öncə Masallı Dövlət Regional Kollecin şöbə müdiri Nazim Əliyev çıxış edərək bildirmişdir ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya, yəni ağ ölümə qarşı birlikdə mübarizənin əhəmiyyətindən, müasir dövrümüzün ən aktual problemlərindən biri olan narkomaniyanın törətdiyi fəsadlardan, narkotik vasitələrin zərərlərindən, insan və cəmiyyət üçün yaratdığı problemlərdən bəhs edilib.Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.
Tədbirdə Masallı rayon polis şöbəsinin azyaşlılar üzrə baş imspektor polis kapitanı Samid Əliyev, Dini qurumlarda iş üzrə dövlət komitəsinin Masallı regional bölməsinin müdiri Elvin Hüseyinli, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov, Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin müdiri Fuad Mənsimov çıxır edərək bildirmişdir ki, bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur.
Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya insan həyatında fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.![]()
