Aprel döyüşlərinin 8-ci ildönümü
Bu gün Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar Masallı Dövlət Regional Kollecinin tarix müəllimi Lətifə Məmmədəliyevanın təqdimatında tələbələrlə seminar keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Aprel döyüşlərininə həsr olunmuş videoçarx nümayiş olundu.
Lətifə Məmmədəliyeva çıxış edərək bildirdi ki, parlaq tarixi qələbələrimizdən olan,hərb tariximizə qızıl hərflərlə yazılan,qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyada dövlətimizin,xalqımızın gücünü,qələbə əzmini nümayiş etdirdi.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlar törətməsinə cavab olaraq əks-hücum əməliyyatı 44 günlük Vətən müharibəsi başladı.Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ərazi bütövlüyümüz bərpa olundu və bütün şəhidlərimizin qisası alındı.Və tarixin ən şanlı mərhələsini yaşayan Azərbaycan ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı -Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacaq.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.