"Beynəlxalq Mülk Müdafiə" gününə həsr olunmuş tədbir

Masallı Dövlət Regional kollecində direktor müavini Namik Ağayev Mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülkiə Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyaların fəaliyyətindən ətraflı danışdı.
Kollecin əyani şöbə müdiri Nazim Əliyev çıxışında fövqəladə hal baş verərkən tələbələrin psixoloji cəhətdən hazırlığı barədə məlumat verdi.
Kollecin Mülki Müdafiə qərargahının rəisi Əsədli Əsəd Ümumdünya Mülki Müdafiə günü, onun məqsəd və vəzifələri məlumat verdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.