31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
Bu gün Masallı Dövlət Regional Kollecində kollecin müəllimi Mirbacı Əzizovanın təqdimatında 31 mart soyqırımına həsr olunmuş seminar keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra 31 mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu.Çıxış edən Mirbacı Əzizova soyqırımla bağlı məruzə edərək 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilməsindən,1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakininin məhv edilməsindən,Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələrinin yandırılıb uçurulmasından danışdı.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
Sonda tələbələrin təqdim etdiyi şeir parşaları dinlənilib.