Novruz elin əziz bayramı
Masallı Dövlət Regional Kollecində "Novruz elin əziz bayramı"adlı bayram şənliyi keçirildi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Masallı rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri Səfail Eyvazov,Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva,Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun müdiri Sabiq Cahangirov, Masaklı Gənclər Evi SXM rəhbəri Fuad Mənsimov,kollecin məzunu Qazi Bəxtiyar Salayev iştirak edirdi.
Bayram şənliyində tələbələrin təqdimatında bir-birindən maraqlı musiqi nömrələri nümayiş etdirildi.