Ümumdünya QİÇS-lə Mübarizə Günü
24 noyabr 2023-cü il tarixdə Masallı Dövlət Regional Kollecinin tələbələri ilə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon üzrə sektorunun təşkilatçılığı və Masallı Gənclər Evi SXM-də “Avropa İİV-ə testləşmə həftəsi” və “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə bağlı müayinə və maarifləndirici tədbir keçirildi.
Tədbirin keçirilməsində məqsəd insanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.
Bununla əlaqədar vətəndaşlar ödənişsiz və anonim qaydada, İİV-ə ekspress-testdən keçib, öz statusu barədə məlumat, İİV-ə yoluxma yolları, ona qarşı profilaktik tədbirlər barədə ətraflı məlumat əldə ediblər.