Bu gün kollecin müəllimi Ülkər Baratzadənin təqdimatında "Gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri" mövzusunda maarifləndirmə məqsədi ilə seminar keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Seminarda ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit,havanın çirklənməsinin mənfi ekoloji təsirləri,gənclərin sağlam mühitin mühafizəsində öhdəlikləri barədə danışıldı.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.