Masallıda "İdman həftəsi" çərçivəsində qızlar arasında voleybol turniri keçirilib.
04 mart 2024-cü il tarixdə Masallı Olimpiya Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "5 Mart Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar "İdman həftəsi" çərçivəsində voleybol idman növü üzrə qızlardan ibarət komandalar arasında rayon turniri keçirilib.
Komandalar arasında Masallı Dövlət Regional Kollecinin tələbələri də iştirak etdilər.