Bu gün kollecin müəllimi Talıbzadə Azər Əlinaz oğlunun təqdimatında "Gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği "mövzusunda seminar keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Təqdimatında gənclər arasında sağlam həyat tərzinin təbliği,sağlamlığın qorunması, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri barədə məlumat verdi. Tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıldı.