Erkən nikaha yox deyək
17 aprel tarixində Masallı Dövlət Regional Kollecinin və Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin birgə əməkdaşlığı ilə Erkən nikahın fəsadları mövzusunda "Erkən nikaha yox deyək" adlı tədbir keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Masallı Dövlət Regional Kollecinin direktor müavini D.Hüseynova çıxış edərək doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi barədə, dövrümüzün mühüm və aktual problemi olan erkən nikah mövzusu ilə mütəmadi olaraq mübarizə aparmaq,sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərin daha çox təşkilindən danışdı.
Daha sonra çıxış edən Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva bildirdi ki,erkən nikahın gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı,boşanmalara,sağlamlığ imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Çıxış edən Bioloji Təbabət klinikasının klinik-psixoloqu Nigar Pənalıyeva müasir dövrümüzün ən aktual problemlərindən biri olan "erkən nigahın"qızlarda yaratdığı fiziki və psixoloji fəsadları,bütövlükdə cəmiyyətə vurduğu zərərlər barədə geniş məlumat verdi.
Daha sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi şöbəsinin müdiri Elvin Hüseynli çıxış edərək erkən nikahın gənclərə,ailələrə,bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən,erkən nikahın qarşısının alınması üçün təhsilin vacibliyinindən,ardıcıl maarifləndirmə işlərinin aparılmasının zəruriliyindən danışdı.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.