Erkən nikahın fəsadları
22 may 2023-cü il tarixində Masallı Dövlət Regional Kollecinin bir qrup tələbələri ilə "Erkən nikahın fəsadları "mövzusunda tədbir keçirildi. Tədbirdə cərrah ginekoloq Xalidə Sadıqova iştirak edirdi.
Çıxış edən Xalidə Sadıqova erkən yaşda ailə qurmağın fizioloji, psixoloji cəhətdən yaratdığı problemlərdən, erkən nikahların sonradan onların həyatında yaratdığı bir sıra böyük fəsadlarından, bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açması barədə ətraflı məlumat verdi.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırıldı.