Masallı Dövlət Regional Kolleci
Masallı Dövlət Regional Kollecinin rayonumuzda yerləşməsi, gənclərin təhsil almasına şərait yaradır. Sevindirici haldırki hər il bu kollecdən yüzlərlə tələbə məzun olur. Uzun illərdən bəri əsas problemlərdən olan Cənub bölgəsində yaşayan qızların evlərindən uzaqda təhsil alması probleminədə bu sayədə son verilmişdir. Eyni zamanda bu kollecin tələbələri rayonda keçirilən tədbirlərdə fəallıqları ilə seçilirlər. Bu gün Masallı Xəbərləri olaraq kollecdə yaradılan şəraitlə yaxından tanış olduq. Kollecin direktoru Vidadi Nəzərov bizə Masallı Dövlət Regional Kollecinin 2022-2023-cü tədris ili üçün statistikası haqqında məlumat verdi:
2022-2023-cü tədris ilində Masallı Dövlət Regional Kollecində 9( doqquz) ixtisas (1.”Aqronomluq” 2.”Meşə və park“,3.”Baytarlıq“,4.”Yerquruluşu və daşınmaz əmlakın katastrı”,5.”Məktəbəqədər təhsil,“6.”Mühasibat uçotu,“7.”Turizm və onun təşkili”,8.”Kompyuter şəbəkəsi avadanlıqlarının təmiri və servisi”,9.”Turist sanatoriya kurort komplekslərində tibbi xidmətin təşkili”) üzrə 818 (səkkizyüz on səkkiz )tələbə təhsil alır.Onlardan 476-sı (dördyüz yetmiş altı ) qızlar təşkil edir.
”Aqronomluq” ixtisası üzrə 124(yüz iyirmi dörd)tələbə,”Meşə və park“ixtisası üzrə89(səkkən doqquz)tələbə,”Baytarlıq“ixtisası üzrə70(yetmiş)tələbə,”Yerquruluşu və daşınmaz əmlakın katastrı”ixtisası üzrə 126(yüz iyirmi altı)tələbə, .”Məktəbəqədər təhsil“ixtisası üzrə 183(yüz səkkən üç)tələbə,”Mühasibat uçotu“ixtisası üzrə 84(səksən dörd)tələbə,”Turizm və onun təşkili”ixtisası üzrə 71(yetmiş bir)tələbə,”Kompyuter şəbəkəsi avadanlıqlarının təmiri və servisi”ixtisası üzrə 47(qırx yeddi)tələbə,”Turist sanatoriya kurort komplekslərində tibbi xidmətin təşkili”ixtisası üzrə 24(iyirmi dörd)tələbə təhsil alır.
Masallı Dövlət Regional Kollecinə 2022/2023- cü tədris ili ümumi orta təhsil bazasından 7(yeddi) ixtisas (1.”Yerquruluşu və daşınmaz əmlakın katastrı”,2.”Aqronomluq”,3.”Meşə və park“,4.”Məktəbəqədər təhsil”,5.”Mühasibat uçotu“,6.”Turizm və onun təşkili”,7.”Kompyuter şəbəkəsi avadanlıqlarının təmiri və servisi”) üzrə,tam orta təhsil bazasından 5(beş) ixtisas (1.”Baytarlıq“,2.”Meşə və park“,3.”Yerquruluşu və daşınmaz əmlakın katastrı”, 4.”Məktəbəqədər təhsil”,5.”Mühasibat uçotu”) üzrə tələbə qəbulu keçirilmişdir və 261 (ikiyüz altımış bir) tələbə qəbul olmuşdur.2022/2023-cü tədris ili qəbul olan tələbələrin 130-zu (yüz otuz ) Masallı sakinidir.Onlardan 82(səksən iki) nədər qadındır.
Ümumilikdə Masallı Dövlət Regional Kollecində təhsil alan tələbələrdən 454 nəfər (döryüz əlli dörd)Masallı sakinidir,onlardan 301(üç yüz bir) nəfər qadındır.
2021-2022ci tədris ili Masallı Dövlət Regional Kollecindən 149(yüz qırx doqquz)tələbə məzun oldu.”Aqronomluq” ixtisası üzrə 19(on doqquz) tələbə,”Meşə və park“ixtisası üzrə 16(on altı) tələbə,”Baytarlıq“ixtisası üzrə 21(iyirmi bir) tələbə,”Yerquruluşu və torpaq müfəttişliyi”ixtisası üzrə 15(on beş) tələbə,”Məktəbəqədər təhsil“ixtisası üzrə 28(iyirmi səkkiz) tələbə,”Turizm və onun təşkili”ixtisası üzrə 26(iyirmi altı) tələbə,”Turist sanatoriya kurort komplekslərində tibbi xidmətin təşkili”ixtisası üzrə 24(iyirmi dörd) tələbə məzun olmuşdur.
Ümumilikdə Masallı Dövlət Regional Kollecindən 549(beşyüz qırx doquz) tələbə məzun olmuşdur.
Masallı Dövlət Regional Kollecinin 54(əlli dörd)tələbəsi müddətli həqiqi hərbi xidmətdə olduğu üçün akademik məzuniyyətdədir.
Masallı Dövlət Regional Kollecində 148(yüz qırx səkkiz) işçi heyəti çalışır, onlardan 22(iyirmi iki) idarə heyəti,38(otuz səkkiz) nəfər texniki heyət,88(səksən səkkiz) nəfər müəllimlərdir.
Yaradılmış şəraitlə bağlı Vidadi Nəzərova təşəkkür edirik !